
"Rusiyanın maksimalist tələbləri fonunda bu müharibənin tezliklə başa çatacağını demək olmaz. Türkiyədə baş tutan Zelenski-Ərdoğan görüşü sadəcə Tramp və Putin üçün mesaj vermək xarakterindən başqa bir şey deyildir".
Bu fikirləri Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov səsləndirib. O deyib ki, bu, Ukraynaya ABŞ və Rusiyanın təzyiqləri fonunda dəstək xarakteri daşıyır:
"Son təklif edilən həll planından da görünür ki, Tramp müharibəni necə gəldi dayandırmaq istəyir. Putinin tələbləri isə əvvəlkidir. Bu baxımdan Zelenskinin hər çətinə düşəndə Ərdoğanın yanına getməsi təbiidir".
Azər Qasımov hesab edir ki, müharibənin tərəflər üçün məqbul şərtlər yerinə yetirilmədiyi təqdirdə dayanacağı mümkünsüzdür:
"Xüsusilə Ukrayna tərəfi üçün. Ukrayna bundan sonra yenə torpaq və insan itirsə də, döyüşərək məğlubiyyətini qürurla qəbul edəcək. Amma ona təzyiq yolu ilə ediləcək hər hansı tələbləri yerinə yetirməyəcək. Bu, Ukrayna xalqının şərəf məsələsidir".
Süleyman









































