
2025-ci il noyabrın 10-dan 17-dək Rusiyada benzinin orta istehlak qiymətləri 13 qəpik azalaraq 1 litr üçün 65,21 rubl təşkil edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu dövrdə dizel yanacağının qiyməti isə 24 qəpik artaraq 74,8 rubl olub.
Aİ-92 markalı benzinin orta qiyməti 15 qəpik azalaraq 1 litr üçün 62,1 rubl, Aİ-95 markalı benzinin orta qiyməti 13 qəpik ucuzlaşaraq 67,21 rub həddində qərarlaşıb.
Göstərilən müddət ərzində Aİ-98 markalı benzinin orta qiymətində isə artım qeydə alınıb. Bu markadan olan benzin 11 qəpik artımla 88,01 rubl təşkil edib.
2025-ci il noyabrın 11-dən 17-dək benzinin qiymətinin enməsi Rusiya Federasiyasının 42 regionunda qeydə alınıb, ən çox azalmalar Kalmıkiya Respublikası və Kabardin-Balkar Respublikasında olub. Benzinin qiymət artımı Rusiya Federasiyasının 35 regionunda qeydə alınıb və ən çox artım Xakasiya Respublikasında 5,3% səviyyəsində olub.
Ötən müddət ərzində Moskva və Sankt-Peterburqda benzinin qiyməti 0,1% artıb.
Fuad









































