Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynada çağırış yaşı aşağı salınır

Ukraynada çağırış yaşı aşağı salınır


Ukraynada hərbi xidmətə çağırış yaşı aşağı salına bilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, belə bir iddia ilə Rusiya XİN-in sözçüsü Maria Zaxarova çıxış edib.

Zaxarova bildirib ki, Kiyev rejimi çağırış yaşını aşağı salmağa hazırlaşır.

"Qərblilərin Kiyev rejiminə kömək etmək üçün verdiyi bütün vədlərin müqabilində Qərb sponsorları Zelenskidən Ukraynada səfərbərliyi artırmağı, ilk növbədə, çağırış yaşını azaltmağı tələb edirlər”,-deyə Zaxarova bildirib.

Zaxarovanın sözlərinə görə, avropalılar yeni qaçqın axınının qarşısını almaqdan narahatdırlar:

"Bu məqsədlə bir sıra Avropa ölkələri artıq Ukrayna vətəndaşlarının müvəqqəti müdafiəsi və onların sığınacaq almaq şərtlərinin sərtləşdirilməsi üzrə milli proqramlardan mərhələli şəkildə imtina etməyə başlayıblar".

Fuad
Xəbəri paylaş