
Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ildönümü münasibətilə
Bu gün müasir Azərbaycanın siyasi tarixində xüsusi yeri olan bir günü – Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ildönümünü qeyd edirik. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasi iradəsi, milli inkişaf modelinə əsaslanan ideyaları və xalqımızın rifahına xidmət edən böyük strategiyası YAP-ı ölkəmizin aparıcı siyasi qüvvəsinə çevirmişdir
Bu şanlı yol bu gün də Möhtərəm cənab Prezident İlham Əliyevin qətiyyətli və müdrik rəhbərliyi altında uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, güclü dövlət konsepsiyası və milli maraqlara əsaslanan siyasət Yeni Azərbaycan Partiyasının ideyalarının praktik nəticəsidir.
YAP-ın 33 illik fəaliyyəti dövlətçiliyimizin möhkəmlənməsinə, ölkəmizin siyasi sabitliyinə və sosial-iqtisadi inkişafına mühüm töhfələr vermişdir.
Bu əlamətdar gün münasibətilə bütün partiya üzvlərini təbrik edir, dövlətimiz və xalqımız naminə görülən işlərdə uğurlar arzulayıram
Teymur Əliyev,
Nizami Gəncəvi adına Muzeyin direktoru









































