
Rusiya Hindistan, Çin və digər ölkələrlə Trans-Arktika Nəqliyyat Dəhlizindən istifadə etmək üçün qarşılıqlı faydalı əməkdaşlığa hazırdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin deyib.
"Çin, Hindistan və bir sıra digər ölkələr onun [Trans-Arktika Nəqliyyat Dəhlizinin] istifadəsi ilə bağlı əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Biz qarşılıqlı fayda əsasında birgə işləməyə hazırıq", - deyə Mişustin vurğulayıb.
Baş nazir Trans-Arktika Nəqliyyat Dəhlizinin Rusiya üçün əhəmiyyətindən də danışıb. Bildirib ki, onun əsas hissəsi Şimal Dəniz Marşrutu boyunca keçir. O, böyük potensiala və rəqabət üstünlüklərinə malikdir, çünki bu, Avropa ilə Asiya-Sakit okean regionu ölkələri arasında ən qısa və təhlükəsiz marşrutdur.
Cavid İmaməliyev













































