Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kremldə Trampın yanaşmasını səbirsizliklə gözləyirlər

Kremldə  Trampın yanaşmasını səbirsizliklə gözləyirlər


"Bayden prezidentlik postunu təhvil verməzdən qabaq Ukraynaya ABŞ silahları ilə Rusiyaya zərbə endirmək üçün "yaşıl işıq" yandırdı. Söhbət ATACMS ballistik raketlərindən gedir. Bu hesab edirəm ki, gecikmiş bir qərardır və hərbi qazanımlardan daha çox siyasi proseslər üçün hesablanmış bir gedişdir. Bayden Trampın yükünü daha da ağırlaşdırdı".

Newscenter.az xəbər verir ki, bunları AVP sədrinin beynəlxalq məsələlər üzrə müavini, siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, ATACMS əlbəttə güclü və yüksək texnologiyalı bir silah sistemidir. Bu tip hərbi avadanlığın Ukrayna ordusunun silahlanmasında olması müsbət bir haldır:

"Lakin Kiyevin ehtiyacı olan ATACMS deyil. Ukrayna çox ciddi canlı qüvvə çatışmazlığı ilə üz-üzədir və ölkəyə əsas lazım olan silahlar artilleriya sistemləri və onların döyüş dəstləri, tanklar, zirehli transpartyorlar, dronlar, HHM sistemləri və aviasiya vasitələridir. Ukrayna mövcud imkanlarla Rusiyanın hücumlarını lazımı səviyyədə qarşılaya bilmir".

Pərviz Mirizadə bildirib ki, Ukrayna ordusu ATACMS-lardan Rusiyanın daha dərinlikdə olan hərbi dayaq məntəqələrini, silah anbarlarını vurmaq üçün istifadə edəcək:

"Ancaq bu Rusiyaya hücumlarını daha da şiddətli etməyə və Şimali Koreyadan əlavə hərbi birliklər cəlb etməyə əsas verəcək.

Rusiyanın özü üçün də müharibə artıq qaldırması çətin yükə çevrilib. Ölkənin silah ehtiyyatı sürətli istehsala rəğmən tükənir və cəbhədə Şimali Koreya istehsalı silahların sayı artır. Hesab edirəm ki, Kremldə də Trampın yanaşmasını səbirsizliklə gözləyirlər".

Süleyman
Xəbəri paylaş