70 saylı Neftçala seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Tənzilə Rüstəmxanlı seçicilərinin müraciətləri əsasında rayonun kənd və qəsəbələrində vətəndaşları narahat edən bir sıra məsələlərin həllinə çalışır, həmin problemlərin qısa zamanda aradan qalxması istiqamətində müvafiq addımlar atır.
Newscenter.az Tənzilə Rüstəmxanlının Deputat Qərargahına istinadən bildirir ki, belə işlərdən biri Neftçala rayonunun Qoltuq kəndində həyata keçirilir. Məlumata görə, millət vəkilinin təşəbbüsü ilə Neftçala rayonu Qoltuq kəndinin məscidi əsaslı təmir edilir.
Bu günlərdə rayona səfəri çərçivəsində millət vəkili Tənzilə Rüstəmxanlı məsciddə gedən təmir işləri ilə tanış olub.
Süleyman İsmayılbəyli