Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pıanetar iqlim missiyasının daşıyıcısı

Pıanetar iqlim missiyasının daşıyıcısı


Azərbaycan bəzi Qərb ölkələrinin qarayaxma və iftira kampaniyaları aparmasına rəğmən, COP29 sammitini ən yüskək səviyyədə, nümunəvi peşəkarlıq qabiliyyəti ilə keçirərək başa çatdırdı. Prezident İlham Əliyevin bəyan etdiyi kimi COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu və dünya tarixinə möhtəşəm COP-lardan biri kimi düşəcək.

Beynəlxalq iqlim konfransında Azərbaycanın xüsusi təşəbbüskarlığı, ətraf mühitinin qorunmasına verdiyi töhfələr xarici qonaqlar tərəfindən bu mötəbər tədbirin ali tribunasından dəfələrlə səsləndirildi.

Tədbirdə “Yaşıl həmrəylik” ideyasının həyata keçirilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı və çıxışı da yaddaqalan oldu.

Cəmiyyətimiz və beynəlxalq iqlim ailəsi Leyla Əliyevanı çoxdan tanıyır. Onun 2011-ci ildən IDEA İB vasitəsilə ekoloji balansın qorunması, ekoloji təmiz həyat tərzinin təmin edilməsi məqsədilə həyata keçirdiyi və minlərlə könüllünün qoşulduğu çoxsaylı layihələr hədsiz işgüzarlığından, ekologiyaya həssas münasibəti və qayğısndan xəbər verir.

Əlbəttə, İDEA təşkilatı təkcə Azərbaycanda bu uğurlu missiyanı gerçəkləşdirmir, beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir, qlobal gənclər ekoloji kampaniyaları həyata keçirir. BMT-nin Ətraf Mühit Proqramı, Beynəlxalq Ekologiya Təşəbbüsü və s. nüfuzlu təşkilatlarla davamlı olaraq qlobal iqlim məsələlərini müzakirə edir, töhfəsini verir.

Eləcə də Leyla Əliyeva daim dünya ekoloji platformalarında təmsil olunur. Əvvəlki COP sammitlərinin bir neçəsində də iştirak edərək konfrans çərçivəsində təşkil edilən tədbirlərdə çıxış edib, maraqla qarşılanan təkliflərini irəli sürüb. Ona görə də, COP ailəsində Onun nüfuzu və hörməti böyükdür.

COP29 sammiti isə Leyla Əliyevanı daha geniş rakursda, planetar icmanın üzvləri ilə faydalı dialoqlarını əks etdirdi. Sammit zamanı Leyla Əliyeva yeni ideyaları və çağıırışları ilə dayanıqlı və sağlam gələcəyin təmin olunması naminə qitələri birliyə dəvət etdi və bu, qlobal tərəfdaşlar tərəfindən alqışlandı.

Onun təşəbbüsü ilə IDEA İB və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının birgə təşkilatçılığı ilə baş tutan sessiya iclasında yeni aktual təşəbbüslərə dair razılaşmalar əldə olundu.

Bütün bunlar Leyla Əliyevanın planetar iqlim missiyasının layiqli olduğunu dünyaya nümayiş etdirdi.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Xəbəri paylaş