Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Oğurluq halları azalıb

Oğurluq halları azalıb


Cari ilin 11 ayında Qazaxıstanda oğurluq halları 28,1% azalaraq 40 458-dən 29 089-a düşüb.

Newscenter.az-ın "Sputnik Qazaxıstan"a istinadən verdiyi xəbərə görə, Baş Prokurorluq bildirib ki, ən çox oğurluq Almatı və Astana şəhərlərində (6675/3727), ən az Mangistau və Ulitau vilayətlərində (396/298) qeydə alınıb.

Göstərilən müddətdə ölkə ərazisində mobil telefon oğurluğu 31,2% azalıb (10 051-dən 6 919-a). Eyni zamanda, ən çox mobil telefon oğurluğu Almatıda - 1 989 və Astanada 669, ən aşağısı isə Ulitau vilayətində 54 olub.

Avtomobil oğurluğu da 46,1% azalaraq 256-dan 138-ə düşüb. Mənzil oğurluğu isə 33,7% azalaraq 3398-dən 2252-yə düşüb.

Həmçinin, heyvan oğurluğu 30,3% azalaraq 1432-dən 998-ə düşüb. Ən çox mal-qara oğurluğu Almatıda - 194, Abayda - 126, Türküstanda - 114, Jetısuda - 97 rayonda qeydə alınıb.

Anar Əliyev
Xəbəri paylaş