Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin ABŞ-a qaçmaq planı var imiş

Prezidentin ABŞ-a qaçmaq planı var imiş


"Suriyadakı hadisələr fonunda Cənubi Koreyada baş verənlər diqqətdən kənarda qalıb.
Amma hər iki prosesdə qəribə bir sinxronluq da var. Belə ki, Suriyanın artıq eks prezidenti Başar Asad Moskvaya qaçan gün Cənibi Koreya Ədliyyə Nazirliyi ölkə prezidentinə qarşı başladığı təhqiqat çərçivəsində onun ölkədən çıxışına qadağa qoyub.
Prezidentin ABŞ-a qaçmaq planı var imiş".

Newscenter.az xəbər verir ki, bunları politoloq Yeganə Hacıyeva deyib. O bildirib ki, Koreya prezidenti müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan etmişdi:

"Dekabrın 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən əsassız hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olundu. Nəticədə təxminən 6 saat davam edən hərbi vəziyyət rejimi ləğv edildi".

Politoloq deyib ki, dekabrın 7-də parlamentdə bu məsələ ilə bağlı səsvermə keçirildi, amma iqtidar partiyasının prosesdə iştirak etməməsi səbəbindən impiçment elan oluna bilmədi:

"Ardınca Ədliyyə Nazirliyi konstitusiyanın bəndini pozmaqla dövləti risk altına saldığı üçün prezidentə qarşı tədqiqata başladı.

Koreyanın ingilis dilli mediasında gedən yazılarda iddia olunur ki, “ölkədə hərbi vəziyyətin elan olunması hakim klan daxili hesablaşmadır və burda prezidentin iradəsi təhrif olunub. Siyasi hakimiyyətdə həlledici postları ələ keçirmiş nüfuzlu klan onu ya devirmək ya da dərs vermək qərarına gəlibmiş”.

Anar Əliyev
Xəbəri paylaş