Kollektiv Təhlükəsizlik Müqavilısi Təşkilatı Parlament Assambleyasının Şurası beynəlxalq aləmi Suriyada vəziyyəti sabitləşdirmək üçün tədbirlər görməyə çağırıb.
Newscenter.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Şura qeyd edib ki, Yaxın Şərq yenidən beynəlxalq ictimaiyyətin aydın həllini tələb edən böyük regional müharibənin səhnəsinə çevrilib.
“Biz beynəlxalq ictimaiyyətin üzvlərini insidenti eskalasiya etmədən dayandırmağa və fəal diplomatik səylər göstərməyə, Təhlükəsizlik Şurası və Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən qəbul edilmiş müvafiq qətnamələrin yerinə yetirilməsi üçün məsuliyyəti öz üzərinə götürməyə çağırırıq”, - deyə bildirilir.
Sənəddə deyilir: "Livanda vəziyyətin normallaşmasının açarı BMT Təhlükəsizlik Şurasının 1701 (2006) saylı qətnaməsinin sədaqətlə yerinə yetirilməsidir. Biz BMT-nin Livandakı Müvəqqəti Qüvvələrini tam dəstəkləyirik".
Mehman Mehdiyev
.