"Virtual siyasətçilərin siyası bazarı üçün yaradılan müthiş şəraitdən maksimum istifadə edirlər.
Müasir texnologiyalar bu virtual siyasi bazar üçün həqiqətən böyük imkanlar yaratdı".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynov səsləndirib. O deyib ki, əslində belə virtual dövlətlərdə var:
"Siyasi neologizm termininə aid müasirliyin, yeniliyin yaratdığı imkanlardan istifadə edən siyasətçilər belə uğursuz strategiyaya əl atırlar. Necə ki, klassik dövlətçilik anlayışına uyğun gəlmədiyi üçün Beynəlxalq təşkilatlar bu ölkələri qəbul etmir, ciddiyə almır və onlar fantaziya dövləti adlanırlar. Artıq Beynəlxalq təşkilatlar tərəfindən virtual siyasətçilər düşüncəli, müasir dərrakə sistemli fantaziya ilə qəbul olunurlar".
Mərkəz rəhbəri bildirib ki,, bu kimi pəhləvanlar bizdə az sayda var. Bunların işi-peşəsi virtual olaraq özlərini çox böyük göstərmək, görmək, müasir dünyanın yaratdığı texniki imkanlardan istifadə edərək, özlərini virtual ağıllılar təbəqəsinə aid etməkdir:
"Eyni zamanda işləri maksimum ictimai rəyi çaşdırmaq, dünyada və daxildə baş verən hadisələrlə spekulyasiya, manipulyasiya etmək və bu minvalla özlərini guya ki, virtual ağıllı kimi aparmaq və siyasi səhnədə saxlamaqdır.
İndi isə sanki Bəşər Əsədi onlar devirmişlər kimi Suriya məsələsini bütün var gücləri ilə müzakirə edirlər və guya Bəşər onların qorxusundan qaçıb. Suriya xalqının xoşbəxt gələcəyini də bu virtual "qəhrəmanlar " təmin edəcək. Əvvəla, Suriyada baş verən hadisələr derjavaların maraqları çərçivəsinə daxil olmuş və əvvəldən hazırlanmış bir siyasi konsepsiya idi. 13 il davam edən və dondurulan Əsəd problemi bir həftəyə öz başına həll olunmadı. Bunun çox dərin səbəbləri var. Müqavimət belə göstərmədən hakimiyyəti təhvil vermək üçün bir neçə gün müəyyən anlaşma və danışıqlar lazım idi. Burada məqsəd nə Suriyanı demokratik ölkə etmək, nə də inkişaf etmiş bir ölkəyə çevirmək deyil. Bu o derjavaların maraq əhatəsində olan və daha böyük qlobal məsələlərin həlli üçün hazırlamış xüsusi bir əməliyyat idi".
"Siz bunun nəyindən axı belə ruhlanıb, mikroluğunuzu böyütməyə çalışırsız ? Maraqlıdır...
Məgər biz şərq ölkələrində çevrilişlərdən sonrakı siyasi iqtisadi mənzərəni görmürük? Yoxsa bunu dünya görmür? Hamı nə baş verdiyini çox gözəl bilir. Sadəcə siz onu başqa cür təqdim etmək istəyirsiniz. O da bayaq dediyim kimi, sizin uğursuz siyasi fəaliyyətinizi sevməyinizdən irəli gəlir.
Dəyərli millətim həqiqətlərin harda olduğunu, maraqların kəsişdiyi nöqtələri, toqquşduğu xəttləri çox gözəl anlayır. Bu gün bizlər dayanıqlı sabitliyi, inkişafı qoruyub saxlamalıyıq və siyasi virtuallara əhəmiyyət verməməliyik",- deyə Ramil Hüseynov söyləyib.
Süleyman