44 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputat seçilən Mehriban Vəliyeva dekabr ayı üçün ilk vətəndaş qəbulunu keçirib.
Newscenter.az xəbər verir ki, deputat vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib.
Qaldırılan məsələlərin deputat tərəfindən nəzarətə götürüləcəyi və həll edilməsi üçün aidiyyatı qurumlara göndəriləcəyi seçicilərin diqqətinə çatdırılıb.
Qeyd edək ki, deputatın növbəti vətəndaş qəbulu dekabrın 25-i YAP Sumqayıt şəhər təşkilatınının inzibati binasında keçiriləcək.
Süleyman