Ümummilli Lider Heydər Əliyev Qarabağın mədəni irsinin dünya xalqları içərisində öz xüsusiyyətləri ilə ən yüksək mədəniyyət səviyyəsinə çata bilməsinin fərqində olan bir şəxsiyyət idi. Ümummilli lider bəşəriyyətin ilk insan məskənlərindən olan Qarabağın mədəni irsinin çox qədim tarixi-mədəni kökə və ənənələrə mənsub olduğunu dəfələrlə vurğulayırdı. Azərbaycan xalqı Qarabağın tarixi-mədəni irsini və individuallığını həmişə qorumuşdur. Heydər Əliyev Qarabağın mədəniyyət və incəsənətinə əvəzsiz töhfələr vermiş və zənginləşdirmiş şəxsiyyətlərin əziyyətini və xidmətini daim qiymətləndirmişdir.
Mədəniyyəti və ədəbiyyatı ümumbəşəri keyfiyyətli olan Qarabağ Heydər Əliyevin həmişə diqqət mərkəzində olan mövzulardan olmuşdur. O, Qarabağ torpağının yetirdiyi bütün şəxsiyyətlərə hədsiz sevgi və bağlılıq göstərmişdir. Heydər Əliyevin təşəbbüsü ilə Qarabağda həyata keçirilən islahatlar nəticəsində kitabxanalar, mədəniyyət sarayları, klublar, muzeylər tikilib, xalqın istifadəsinə verilmişdir. Dahi şəxsiyyət Qarabağ ədəbi irsinin təbliği və dünya miqyasında təsdiqini tapmasında çox mühüm işlər görmüşdür. Qarabağın mədəni irsinin dünya xalqları içərisində tanınmasında Heydər Əliyevin xidmətləri misilsizdir. Qarabağın çoxəsrlik ədəbiyyatının, incəsənətinin, tarixinin himayədarı olan Ümummilli Liderin bilavasitə dəstəyi ilə bütün dünyada bu mədəni irs tanıtdırılmışdır. Qarabağın çoxəsrlik ədəbiyyatının, incəsənətinin, tarixinin, potensialının gücünə inanaraq, o, Qarabağın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliğinin həyata keçirilməsini daim diqqət mərkəzində saxlamışdır.
Heydər Əliyev sovetlər dönəmində Azərbaycana 14 il rəhbərlik etmişdir. Bu 14 il müddətində Qarabağın mədəni irsi onun Vətənə, xalqa, torpağa hədsiz məhəbbət və sədaqət hissi ilə daha da çiçəklənmişdir. Onun Qarabağın ziyalılarının, mədəniyyət xadimlərinin, elm xadimlərinin xidmətlərinin dəyərləndirilməsindəki böyük rolu danılmazdır. Heydər Əliyevin Qarabağın tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimlərinin abidələrinin ucaldılmasında çox böyük xidmətləri olmuşdur. Belə ki, onun uzaqgörən siyasəti nəticəsində Nəriman Nərimanovun, İmadəddin Nəsiminin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Mehdi Hüseynzadənin, Səttar Bəhlulzadənin, Xan qızı Natəvanın, Səməd Vurğunun, Üzeyir Hacıbəyovun abidəsi ucaldıldı. Ümummilli Lider Heydər Əliyev Qarabağın mədəni irsinə olan ən böyük töhfəsi Qarabağın mədəniyyət beşiyi olan Şuşa şəhərində Xan qızı Natəvanın abidəsinin ucaldılması, Üzeyir Hacıbəyovun və Bülbülün ev-muzeylərinin yaradılması olmuşdur. Heydər Əliyevin doğma Qarabağın mədəni irsini heç bir zaman unutmaması və inkişaf etdirib, çiçəkləndirməsi nəticəsində indi Qarabağ ümumdünya mədəni məkanına çevrilə bilmişdir. Qarabağın ədəbiyyat və incəsənət nümayəndələrinin dünyaya tanıtdırılması nəticəsində Qarabağın mədəni irsi mədəniyyət sferasında böyük canlanmaya və tarixi uğurlara nail ola bildi. Heydər Əliyevin doğma Qarabağın mədəni irsini inkişaf etdirməsindəki xidmətləri özündən sonra oğlu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilmişdir.
Heydər Əliyevin Qarabağın mədəni irsinin rifahında, inkişafında olan xidmətləri mədəniyyətimizin tarixinə qızıl hərflərlə yazılmışdır. Mədəniyyətinə görə dünya ölkələri arasında tanınan Qarabağ Azərbaycanın mədəni həyatında misilsiz bir yerə sahibdir. Heydər Əliyev Qarabağın mədəni irsinin ən böyük ideoloqu, təşəbbüsçüsü, ilhamvericisi və təşkilatçısı olmuşdur. Ümumiyyətlə, Qarabağ Azərbaycanın sənətkarlar diyarıdır. Qarabağın mədəniyyətinin daşıyıcılarının istedad və əməyinə həmişə Heydər Əliyev tərəfindən layiqli qiymət verilmış və onların istedad və əməyinin inkişafı üçün şərait yaradılmışdır. Qarabağın mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının inkişafı daim Heydər Əliyevin diqqət və qayğısı altında olmuşdur.
Qarabağ mədəniyyətinin bugünkü səviyyəsinə çatmasında və dünya xalqları tərəfindən yüksək səviyyədə tanınaraq sevilməsində ulu öndərin xüsusi əməyi və qayğısı vardır. Qarabağ mədəniyyətinin zənginliyi Heydər Əliyevə orada Qarabağdan olan sənətkarların heykəllərini ucaltmasına, ev-muzeylərini yaratmasına imkan vermişdir. Qarabağın incəsənətinin, mədəniyyətinin, xalq musiqisinin dünya arenasına çıxması və inkişafı üçün Heydər Əliyev əlindən gələni əsirgəməmişdir. Qarabağın milli-mənəvi dəyərlərinin qorunub saxlanması və mədəni irsinin yaşadılması və təbliği Ümummilli Liderin daim diqqət mərkəzində idi. Heydər Əliyevin sovetlər dönəmində Azərbaycana 14 il rəhbərlik etdiyi müddətdə Qarabağda yeni teatr, muzey, kitabxana binaları, mədəniyyət sarayları, park və bağlar tikilmişdir. Qarabağın mədəni irsinin otuz il qaniçən ermənilərin işğalı altında qalmasına baxmayaraq, hələdə öz zənginliyini və aliliyini qoruyub saxlaya bilməsi Heydər Əliyevin bu sahəyə olan diqqət və qayğısının bariz təzahürüdür. Qarabağın mədəni irsi, yəni, ədəbiyyatı, musiqisi, memarlıq sahələri, xalq sənətkarlığı və xalçaçılıq sənəti hər bir zaman Azərbaycan xalqının qürur mənbəyi olmuşdur. Qarabağın mədəni irsinin zəngin olmasında bu bölgədə ağacişləmə, baramaçılıq, başmaqçılıq, bədii tikmə, boyaqçılıq, culfaçılıq, daşişləmə, dəmirçilik, dəriçilik, dulusçuluq, dülgərlik, həsirçilik, xalçaçılıq kimi sahələrin insanlar arasında geniş yayılmasının rolu mühümdür.
Qarabağın çoxəsrlik tarixə malik olan mədəni irsi Azərbaycan xalqının mədəni sərvətinin mühüm hissəsidir. Mədəniyyət abidələri ilə seçilən Qarabağ Azərbaycanın musiqi mənbəyi və məbədidir. Qarabağın musiqi irsi Şərq-Qərb musiqi dialoqunun formalaşmasında müstəsna rol oynayır. Qarabağın mədəni irsinin ayrılmaz parçası olan aşıq mühiti, muğam, bəstəkarlıq və vokal məktəbləri qədim və zəngin Qarabağ mədəniyyətinin sadəcə bir qoludur. Qarabağın xalq musiqisi, aşıq sənəti, muğamat və ifaçılıq sahəsi Heydər Əliyevin xüsusi diqqət mərkəzində olan məsələlərdəndir. Qarabağ ərazisində olan memarlıq abidələrinin forma, tipoloji və konstruktiv cəhətdən zənginliyi Qarabağın mədəni irsinin inkişafına hər bir zaman təkan vermişdir. Qarabağ ərazisində xalçaçılığın yaranma tarixi, xalçaların işlənmə texnikası vasitəsilə tariximiz, mədəniyyətimiz, dini abidələrimiz, milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz haqqında geniş məlumat əldə edilir. Məhz buna görə də, Heydər Əliyev otuz illik işğal dövründə Qarabağ xalçaçılığının inkişafına və geniş şəkildə yayılmasına xüsusi diqqət göstərərək, bu sahənin itib-batmasına imkan verməmişdir. Əzəli, tarixi Azərbaycan torpağı olan Qarabağda vaxtı ilə Heydər Əliyevin rəhbərliyi altında min bir zəhmətlə qurub-yaradılan abidələr erməni işğalına məruz qalıb, dağıdılandan sonra belə öz qüdrətlərini itirməmişdir. Heydər Əliyevin sovetlər dönəmində Azərbaycana 14 il rəhbərlik etdiyi müddətdə Qarabağ torpaqlarında aparılan bərpa və yenidənqurma işləri qətiyyətli və məqsədyönlü şəkildə təşkil olunurdu. Qarabağda qısa müddətdə nəhəng infrastruktur layihələri həyata keçirilmiş, tarixi-mədəni irsin çox böyük bir hissəsi inkişaf etdirilmişdir.
Heydər Əliyev Qarabağda minlərlə dini və mədəniyyət nümunələrimizi erməni vandalizminə məruz qalmaqdan xilas edə bilmişdir. Buna baxmayaraq, erməni vandalları birinci Qarabağ müharibəsi zamanı məscidlərimizi, müqəddəs inanc yerlərimizi dağıdıb, yer üzündən silmək istəmişdirlər. Qarabağın mədəni irsinə aid olan mədəni-dini abidələr, məscidlər, Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, görkəmli bəstəkar Üzeyir bəy Hacıbəylinin heykəli Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevin Şuşanın "Mədəniyyət paytaxtı" elan edilməsi ilə yenidən bərpa olunmuşdur. Şuşanın bərpası və yenidən qurulması nəticəsində təkcə Şuşa şəhərində 150-dən çox tarixi abidə yenidən bərpa olunaraq, dünya mədəni irsinə geri qazandırılacaqdır. Qaniçən ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanların konservasiyası və yenidən qurulması Heydər Əliyevin mədəni ənənələrinin davam etdirilməsi idi. Ümumiyyətlə, Qarabağın mənəvi, tarixi, mədəni irsinin qorunmasına, təbliğinə, dünyada tanıdılmasına, adət-ənənələrinin, mədəniyyətinin və milli dəyərlərinin gələcək nəsillərə ötürülməsinə hər bir azərbaycanlı ən qiymətli töhfələrini verməlidir. Qarabağın mədəni irsi ədəbiyyat, musiqi, memarlıq sahələri, xalq sənətkarlığı və xalçaçılığı Qarabağ bölgəsinin çoxəsrlik tarixə malik olduğunun bariz nümunəsidir.
Qarabağ Qafqazın mədəni mərkəzlərindən biri kimi Azərbaycanın mədəni irsini özündə ehtiva edə bilir. Cənnət Qarabağ bütün tarixi ilə Azərbaycanın milli mədəniyyətinin mühüm bir hissəsidir. Qarabağda mədəniyyətlərarası tolerantlıq, unikal model və dəyərlər daim ən yüksək səviyyədə olmuşdur. Heydər Əliyevin hakimiyyəti illərindən qədim Şuşa şəhəri mədəniyyət mərkəzi olaraq, xalqımızın mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə, musiqisinə dəyərli töhfələr vermişdir. Belə ki, qədim Şuşa şəhərinin əsasını qoyan Pənahəli xan Cavanşir başda olmaqla, Şuşa şəhəri yüzlərlə böyük şəxsiyyətlər yetişdirmişdir. Heydər Əliyev coğrafi baxımdan möhkəm və keçilməz yerdə salınan Şuşa şəhərinə daim diqqət göstərmiş və onu yüksək qiymətləndirmişdir. Üç tərəfdən sıldırım qayalar, dördüncü tərəfdən isə möhkəm qala divarları ilə əhatə olunmuş Şuşa şəhərinin gözəl memarlıq abidələri ilə seçilən 17 məhəlləsinə Heydər Əliyevin sovetlər dönəmində Azərbaycana 14 il rəhbərlik etdiyi müddətdə eyni dərəcədə quruculuq və inkişaf tədbirləri görülmüşdür. Onun hakimiyyəti dövründə Şuşa şəhərində bir-birindən gözəl memarlıq abidələri tikilmişdir. 17 məhəllənin hər birinin özünəməxsus olan məscidi, mədrəsəsi, bulağı, hamamı və digər zəruri infrastrukturu yenidən bərpa edilmişdir. Şuşanın tarixi abidələri kimi tanınan Yuxarı və Aşağı Gövhər ağa məscidləri, Saatlı məscidi, Pənah xanın sarayı, Natəvanın evi, Hacıqulların malikanəsi, Üzeyir Hacıbəylinin ev-muzeyi, M.M.Nəvvabın evi və digər tikililər Ümummilli Liderin həmişə diqqət və nəzarəti altında olmuşdur. Şuşanın memarlıq üslubuna yeni nəfəs gətirən abidələr Qarabağın mədəni irsinin, tarix-memarlıq abidələrinin qorunmasını zəruri edirdi. Qarabağın mədəni irs nümunələrinin qaniçən erməni təcavüzünün qurbanına çevrilməsi nəticəsində minlərlə tarixi abidələr, memarlıq əhəmiyyəti kəsb edən binalar məhv olunmuşdur. Qaniçən ermənilərin vəhşicəsinə dağıtdığı tarix və mədəniyyət abidələrinin siyahısına daxil olmuş dünya və ölkə əhəmiyyətli memarlıq və arxeoloji əhəmiyyətli bağ-park, monumental və xatirə abidələri, ev-muzey, karvansara, yaşayış evi, məscid, kilsə, mədrəsə, saray, hamam, türbə, bulaq, dəyirman, anbar məhv olunmuşdur. Qarabağda yerləşən qeyd olunan mədəni irs nümunələrinin əksəriyyətinin dağıdıldığı, vandalizmə və erməniləşdirilməyə məruz qaldığı faktları məhz Heydər Əliyevin apardığı siyasət nəticəsində ortaya çıxarıla bilmişdir. İlham Əliyevin apardığı siyasət nəticəsində Qarabağda yerləşən tarix-mədəniyyət abidələrinin bərpası istiqamətində çox mühüm işlər həyata keçirilmişdir. İlham Əliyev məhz Heydər Əliyevin apardığı siyasəti davam etdirərək Qarabağda genişmiqyaslı quruculuq işlərini həyata keçirir. Qarabağın mədəni irs nümunələri olan məscidlər, tarixi abidələr, məqbərələr, ev-muzeyləri İlham Əliyevin əmri ilə bərpa olunaraq, mədəni-mənəvi irsimizə geri qaytarılmışdır. Mədəni irsin bərpası və bədii-estetik xüsusiyyətlərinin qorunması Prezident İlham Əliyevin xüsusi əhəmiyyət verdiyi məsələlərdəndir. Qarabağın mədəni irs nümunələri işğal müddətində vəhşicəsinə məhv edilmişdir. Bu vandalizmə misal olaraq, mədəniyyətdən, demokratiyadan, insanlıqdan danışmağa mənəvi haqları olmayan ermənilərin Ağdam Cümə məscidində, Qubadlının Məmər kəndindəki XVIII əsrə aid məsciddə və 1683-ci ildə Füzuli rayonunun Qarğabazar kəndində inşa edilən Şah Abbas məscidində donuz saxlamaqlarını göstərmək olar. Qarabağ işğal olunduqdan sonra da Heydər Əliyevin apardığı siyasət Qarabağın mədəniyyətinin, tarixi abidələrinin təbliğinə həsr edilmişdir. Qarabağın zəngin mədəni irsi beynəlxalq və yerli mediada Heydər Əliyevin göstərişi ilə müntəzəm olaraq gündəmdə saxlanılırdı. Qarabağ torpaqlarında mövcud olan arxeoloji və mədəni abidələr, musiqisi, mətbəxi, digər adət ənənələri daim dövlətin diqqət mərkəzində olmaqdadır.
Vəfa Şərifova
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
Redaktor