Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səmadakı sonsuzluq

Səmadakı sonsuzluq


25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava yolları “ aviaşirkətinn (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 kilometr yaxınlığında qəzaya uğrayıb..
Adətən təyyarə qəzalarının səbəbi texniki nasazlıq, pilot səhvi, yaxud terror aktı hesab olunur.Azərbaycanın aviasiya tarixi də belə qəzalardan və səhvlərdən yan keçməyib.
Təbii olaraq ilkin versiyalar üzərində iş başladı.Əlbəttə , son versiya “ Qara qutu “lar açılandan sonra bəlli olacaq.Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir.Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində,Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir.Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır.

Bu, təyyarəyə yetirilən birinci xəsarətdir.Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal,elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimiyyətdə də bu məsələ ilə məlumatlandırıldı.

Füzelyajın deşik-deşik olması,əlbəttə, göstərir ki, bilmirəm, ilkin olaraq kimin tərəfindən atılmış quş versiyası tamamilə gündəlikdən çıxarıldı.Ola bilər ki, təyyarə zədə alanda,zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi.

Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın

Qeyd etmək istəyirəm ki, 25 dekabr tarixində baş vermiş təyyarə qəzası Azərbaycanda böyük bir faciə idi.Qəzada həlak olanlar,özlərindən sonra səmada silinməyəcək bir sonsuzluq buraxdılar.Onlar Azərbaycan tarixinə qızıl hərflərlə yazıldılar.

Qəhraman ekipaj üzvləri Kşnyakin İqor, Klyaninov Aleksandr və Hökümə Əliyeva ölümə gedəcəklərini bilə-bilə sona qədər mübarizə aparıb sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün əllərindən gələni etdilər.

Sonsuz bir əbədiyyətə qovuşacağını bilə-bilə,səsi titrəyə-titrəyə “Hər şey yaxşı olacaq “ ifadəsini işlədərkən Hökümə Əliyeva insan həyatını öz canından daha əhəmiyyətli tutduğunu bir daha sübut edirdi.

“Özünü qurban verməyi gözə alaraq həm dəlillərin məhv olmasının, həm də daha çox tələfatın qarşısını almaq böyük ürək və cəsarət istər”.

Bax budur, QƏHRAMANLIQ !!!!

Pilotlarımızın etdikləri əsl Qəhramanlıqdır!!!
Bakı Qızlar Universitetinin tələbəsi
Hüseynova Sübiyyə
Nəsimi rayon gənci
Xəbəri paylaş