Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Türkiyə Ermənistanın "Sülh kəsişməsi" layihəsini qəbul etməyəcək

Azərbaycan və Türkiyə Ermənistanın "Sülh kəsişməsi" layihəsini qəbul etməyəcək


"Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistana növbəti xəbərdarlıq etdi. Həmçinin Ermənistanın "Sülh kəsişməsi" layihəsinin Azərbaycansız iki qəpiklik olduğunu vurğuladi. Həqiqətən də Ermənistanin "Sülh kəsişməsi " layihəsinin Azərbaycansız reallaşması mümkün deyil. Azərbaycan yoxdursa, bu dörd il ərzində niyə "Sülh kəsişməsi " layihəsi reallaşmir?!"

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O deyib ki, N. Paşinyanın bu layihəsini müxtəlif dairələr dinləyir, amma real baxmırlar. Çünki, Ermənistan nə qədər Azərbaycanla razılığa gəlməyəcəksə, belə bir layihəsi baş tutmayacaq:

"Türkiyə "Zəngəzur" dəhlizinin açılması üçün Ermənistanla danışıqlar aparır. Suriyada Türkiyənin MİT rəhbəri İ. Kalın Ermənistan XİN müavini ilə görüşərək, Zəngəzur dəhlizinin açılması ilə bağlı təkliflər verib. Prezident İlham Əliyev də Ermənistana müxtəlif kanallar vasitəsilə Zəngəzur dəhlizinin açılması ilə bağlı təkliflər və xəbərdarlıqlar edir. Hələ ki, N. Paşinyan bununla bağlı obyektiv mövqe ortaya qoymayıb".

Politoloq deyib ki, Azərbaycan və Türkiyə Ermənistanın "Sülh kəsişməsi" layihəsini qəbul etməyəcək:

"Azərbaycan Naxçıvanla birləşəcək İran ərazisindən yolu inşa edir. Bu yol işə düşdükdən sonra, Ermənistan rəhbərliyi "Zəngəzur" dəhlizinin açılmasına razı olacaq. İtirən tərəf məhz Ermənistan olacaq".

Süleyman
Xəbəri paylaş