Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngəzuru unutmayacağıq!

Zəngəzuru unutmayacağıq!


Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə cənab Prezident İlham Əliyev bir sıra mühüm mesajlar verdi. Onların ən əhəmiyyətlilərindən biri, heç şübhəsiz ki, Zəngəzurla bağlı idi. Söhbət təkcə Zəngəzur dəhlizindən deyil, bütövlükdə Zəngəzurdan gedir. "Zəngəzuru unutmayacağıq"-, deməklə ölkə rəhbəri yaxın tarixdə bizə qarşı edilən ədalətsizliyi növbəti dəfə dünya ictimaiyyətinin diqqətinə çatdırır və tarixi ədalətin bərpa olunacağına inamını bildirir.

Həmişə realist və praqmatik siyasət yürüdən cənab Prezidentin Zəngəzur dəhlizi ilə bağlı çağırışları beynəlxalq hüquq normalarına və bölgədəki reallıqlara tam yuğundur.

...Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq.

....Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır.

...Bu, bizim tələbimizdir və nəzərə alsaq ki, Qərbi Zəngəzuru sovet hakimiyyəti bizim əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib, bu, birinci və sonuncu cinayət deyildi.
... Yəni, biz bunu unutmamışıq, Azərbaycan xalqı bunu unutmayıb. Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq.

Musa Urud, Milli Məclisin deputatı
Xəbəri paylaş