"Azərbaycan, Türkiyə və Özbəkistan Ankara Bəyannaməsi imzaladı. Bu üç türk ölkəsinin birgə Bəyannaməsi iqtisadi -siyasi əməkdaşlığı ehtiva edir. Hər üç ölkə növbəti mərhələdə üçtərəfli müttəfiq bəyannaməsi imzalaya bilər".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Türkiyənin Azərbaycan və Mərkəzi Asiya Türk ölkələri ilə birgə hərbi əməkdaşlıq paktı imzalaması mümkündür:
"Yeni dünya siyasi nizamında Ankaranın çevik və strateji hədəfləri yeni hərbi pakt qurulmasıdir. Türkiyə, Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun əsas geosiyasi mövqelərini gücləndirərək əsas təsir zonasını formalaşdırir. Məhz Rusiya və İranın Azərbaycana təzyiqləri Türkiyə ilə birgə koordinasiyalı şəkildə siyasət aparmasından irəli gəlir. Növbəti mərhələdə Zəngəzur dəhlizinin açılması reallaşacaq.
Regional şərtlər və Ankaranın təzyiqləri Yerevanın geri addım atması ilə nəticələnə bilər. Ermənistanın Avropa İttifaqının mülki missiyasını regionda mandatını uzatmasina baxmayaraq bu coğrafiyada proseslər Ankara-Baki tandeminin formalaşdırdıgı siyasətdən asılı olacaq".
Süleyman