Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan Prezidentin dəmir yumruğu və iradəsi qarşısında çox davam gətirə bilməyəcək, Zəngəzur dəhlizi tezliklə açılacaq

Ermənistan Prezidentin dəmir yumruğu və iradəsi qarşısında çox davam gətirə bilməyəcək, Zəngəzur dəhlizi tezliklə açılacaq


"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi proqramlar nəticəsində son illərdə ölkədə yol infrastrukturunun yenidən qurulması, insanlarımızın mənzil başına dha tez və rahat yetişməsi üçün bir çox tədbirlər görülüb və bu istiqamətdə işlər hazırda da davam edir. Məhz həyata keçirilən tədbirlərin, görülən işlərin nəticəsidir bu gün təkcə paytaxt Bakıda deyil, eləcə də bölgələrdə, ən ucqar dağ kəndlərində belə müasir standartlara cavab verən yol infrastrukturu yaradılıb. Lakin zaman keçdikcə, əhali artımı, yeni yaşayış massivlərinin salınması artdıqca bu istiqamətdə əlavə tədbirlərin görülməsinə zərurət yaranır. Bu baxımdan dövlət başçısının sədrliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirənin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Prezident İlham Əliyevin sədrliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirəni şərh edərkən səsləndirib. Millət vəkili bildirib ki, bu gün paytaxtın yool infrastrukturunun daha da təkmilləşdirilməsi, gündəlik qarşılaşdığımız tıxac probleminin həlli Cənab Prezidenti də ciddi şəkildə narahat edir və sözügedən müşavirədə dövlət başçısı mövcud probemlərin həlli məqsədilə müvafiq qurumlara öz tapşırıq və tövsiyələrini verdi:

"Dünyanın hər bir ölkəsinin paytaxt şəhərində tıxacların olması təbii haldır. Həm insanlarımızın sayının artması, həm yollarda avtomobillərinin sayının çoxalması paytaxtda tıxac probleminin yaranmasına təsir edən amillərdəndir. Nəzərə alaq ki, bir neçə illər əvvəl Azərbaycan əhalisinin sayı 7 milyon idiısə, bu gün bu rəqəm 10 milyon təşkil edir. Təbii ki, bu artım eyni zamanda vətəndaşlarımızın avtomobillərinin sayının artımı deməkdir. Bu da öz növbəsində yollarda tıxacların yaranmasına gətirib çıxarır".

Millət vəkili deyib ki, müşavirədə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına dəmir yolu xəttinin çəkilişi, yeni metro stansiyaların tikilməsi kimi günümüz üçün vacib məsələlərə toxunulub ki, həyata keçirilən həmin tədbirlər istər-istəməz nəqliyyat məsələlərin həllinə, insanlarımızın daha rahat hərəkət etməsinə təkan verəcək:

"Dövlət başçısının müşavirədə diqqət çəkdiyi vacib məqamlardan biri də ölkəmizin ərazisindən keçən tranzit layihələri ilə bağlı oldu. Bu bir reallıqdır ki, bu gün Azərbaycan beynəlxalq nəqliyyat tranzit dəhlizlərinin kəsişdiyi məkana çevrilib. Bu isə ölkəmiz üçün əlavə imkanlar yaradır. Tezliklə Zəngəzur dəhlizinin açılması bu imkanları birə-beşə artıracaq. İndiki halda Ermənistan ciddi cəhdlə Zəngöəzur dəhlizinin açılmasına qarşı çıxsa da, ancaq hesab edirəm ki, bu ölkə Cənab Prezidentin uğurlu siyasəti, dəmir yumruğu, iradəsi qarşısında çox davam gətirə bilməyəcək və Zəngəzur dəhlizi tezliklə açılacaq".

Süleyman
Xəbəri paylaş