Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Akademik məktəblilərlə görüşəcək

Akademik məktəblilərlə görüşəcək


Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin növbəti görüşü yanvarın 21-də paytaxtdakı 225 nömrəli tam orta ümumtəhsil məktəbində keçiriləcək.

Newscenter.az xəbər verir ki, layihənin budəfəki qonağı tanınmış dilçi-türkoloq, Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov olacaq.

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, Azərbaycan dilinin qorunması və inkişafı, dilimizin zəngin ifadə imkanları və bu prosesdə gənclərin rolu barədə fikir mübadiləsi aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş