Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin sədrliyi ilə keçriilən müşavirə yol infrastrukturunun daha da inkişafına töhfə verəcək

Prezidentin sədrliyi ilə keçriilən müşavirə yol infrastrukturunun daha da inkişafına töhfə verəcək


"Prezidentin sədrliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə günümüz üçün çox vacib idi və bu müşavirə bir daha onu sübuta yetirdi ki, dövlət başçısı üçün cəmiyyətin üzləşdiyi problemlər, onların həlli yolları əsas prioritetdir. Çünki son illərdə paytaxt yollarında ciddi mənada sıxlıq müşahidə edilir və bu da cəmiyyəti narahat edən məsələlərdən biridir. Cənab Prezident sözügedən müşavirəni keçirməklə həm də cəmiyyətin sosial sifarişinə hər zaman olduğu kimi həssas yaaşdığını ortaya qoydu".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Prezident İlham Əliyevin sədrliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirəni şərh edərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, son illərdə istər paytaxtda, istərsə də regionlarda yol infrastrukturunun inkişaf etdirilməsi istiqamətində çoxsaylı layihələr həyata keçirilsə də, lakin davamlı inkişaf, əhali sayının artması, eləcə də avtomobillərin sayında müşahidə edilən artım əlavə tədbirlərin görülməsini zəruri edir:

"Bu baxımdan Cənab Prezident müşavirədə çox vacib məsələlərə toxundu və müvafiq qurumlara lazımı tapşırıqlarını verdi. Xüsusilə, müşavirədə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına dəmir yolu xəttinin çəkilməsi ilə bağlı səslənən fikirlər və bunun yaxın gələcəkdə reallaşacağı, həmçinin yeni metro stansiyalarının tikintisi ilə əlaqədar verilən açıqlamalar paytaxtda tıxac probleminin aradan qaldırılacağına, vətəndaşların mənzil başına daha tez və rahat çatacağına öz müsbət təsirini göstərəcək".

Arzuman Muradlı əmin olduğunu bildirib ki, yol infrastrukturunun inkişafı ilə bağlı hazırlanacaq plan da ümumilikdə ölkədə bu sahədə mövcud olan çatışmamazlıqların aradan qaldırılmasına öz töhfəsini verəcək.

Süleyman
Xəbəri paylaş