Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib

Yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib


"Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində paytaxtda və bölgələrdə yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib, Bakıda bir çox böyük layihələrə imza atılıb, yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları istifadəyə verilib, yeni yollar salınıb".

Newscenter.az xəbər verir ki, bu fikirləri YAP üzvü Tural Məmmədov səsləndirib. O bildirib ki, son 15 ildə Azərbaycan dövləti nəqliyyat məsələlərini diqqət mərkəzində saxlayaraq, bu sahədə bir sıra mühüm islahatlar və layihələr həyata keçirmişdir:

"Nəqliyyat sektorunun inkişafı, ölkənin iqtisadiyyatı üçün vacib rol oynayır və bu sahənin müasir tələblərə uyğunlaşdırılması, həmçinin beynəlxalq tranzit yollarının inkişafı məqsədilə çoxsaylı təşəbbüslər həyata keçirilmişdir.
Həyata keçirilən layihələr sayəsində ölkəmiz nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və yenilənməsində böyük uğurlar əldə etmişdir. İcra edilən layihələr yalnız daxili deyil, həm də beynəlxalq nəqliyyat əlaqələrini gücləndirərək, Azərbaycanı əhəmiyyətli bir tranzit mərkəzinə çevirmişdir. Bununla yanaşı Azərbaycanda dəmir yolu və avtomobil yollarının yenidən qurulması, yeni hava limanlarının və limanların tikintisi kimi mühüm layihələr həyata keçirilmişdir".

Anar Əliyev
Xəbəri paylaş