Hövsan Olimpiya Kompleksinin təsərrüfat işlərinə baxan əməkdaşları ölümlə üz-üzə qalıb.
Newscenter.az-a məlumatlı mənbə bildirib ki, buna səbəb Kompleksin qazanxana sistemində qaz sızması halının olmasıdır. Bir müddətdir davam edən bu hal hətta bir neçə işçinin qaz sızmasından halının pisləşməsinə gətirib çıxarıb. Bildirilib ki, hər ötən gün qazanxanada kəskin qaz iyi daha da artır və orada partlayışın baş verməsi böyük bir fəlakətə gətirib çıxara bilər.
Mənbə onu da qeyd edib ki, yaranmış vəziyyətlə bağlı Gənclər və İdman Nazirliyi, eləcə də Milli Olimpiya Komitəsinə müraciət edilsə də, hələlik heç bir tədbir görülməyib.
Hövsan Olimpiya Kompleksi isə deyilənləri təkzib edir. Kompleksin meneceri Ramil Xəlilov Newscenter.az-a bildirib ki, yazıda göstərilən iddiaların heç bir əsası yoxdur:
"Kompleksin əməkdaşlarından heç kim zəhərlənməyib, hər bir əməkdaş öz işini icra edir. Kompleksin qazanxana sistemində qaz sızması və bu səbəbdən ciddi təhlükə yaranması barədə deyilənlər həqiqətə uyğun deyil".
Mehman Mehdiyev