Qərbin Ukraynaya verdiyi dəstəyin mahiyyətini Rusiyanın 3 il ərzində Ukrayna ərazilərinin ancaq məlum hissəsini işğal edə bilməsi faktı ilə müəyyən etmək olar. Bu dəstək olmasa idi Rusiya indi çoxdan Ukrayna ərazisini işğal etmişdi. Amma Qərb alyansının verdiyi dəstəyə görə Ukrayna dünyanın ikinci ordusu qarşısında müqavimət göstərə bilir, hətta Rusiya ərazisini belə işğal etməyi gözə alır, buna müəyyən mənada da nail olur.
Rusiyanın hərbi gücü qarşısında 3 il müqavimət göstərə bilməyin özü artıq böyük bir qələbədir. Bu, böyük ölçüdə Ukrayna xalqının qəhrəmanlığı sayəsində olursa, bir o qədər də verilən dəstək hesabına olur. Rusiyanın məlum işğal hərəkətlərindən 3 il keçsə də, Ukraynadan əldə etdiyi ərazi onun planlarının bir neçə faizi belə deyildir. Bunun qarşılığında Rusiyanın əraziləri işğal edilir, bombalanır, sanksiyalar öz işini görür. Artıq Rusiya xofu bir çox Avropa ölkələrinin canından çıxıb, hətta postsovet ölkələrinin də. Ukrayna Rusiyanın özülünü artıq elə laxladıb ki, bir ciddi zərbə tamamı ilə Rusiyanı çökdürə bilər. Təbii ki, buna hələ var. Amma Tramp burda həlledici rol oynayacaq. Təxminən 3 ay, sonra hər şey bəlli olacaq.
Azər Qasımov, ƏHD Partiyasının sədrinin müşaviri