Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda zəlzələ oldu

İranda zəlzələ oldu


İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətinin İranşəhr şəhərində 5,1 bal gücündə zəlzələ baş verib.

Newscenter.az xəbər verir ki, Tehran Universitetinin Seysmologiya Mərkəzindən verilən açıqlamaya görə, episentri Sistan-Bəlucistan əyalətinin İranşəhr şəhəri olan 5,1 bal gücündə zəlzələ yerli vaxtla saat 09:55-də qeydə alınıb.

Yerin 28 kilometr dərinliyində baş verən zəlzələdə tələfat olub-olmaması ilə bağlı hələlik açıqlama verilməyib.

Mehman Mehdiyev
Xəbəri paylaş