
"Cənubi Qafqazda sülhün təmin olunması üçün səylərimizi davam etdiririk".
Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. Bildirib ki, bu məqsədlə həm Azərbaycan, həm də Ermənistanla təmaslar sürətli şəkildə davam edir:
"Eyni zamanda Ermənistanla münasibətlərin normallaşması istiqamətində də tımaslar davam edir. Əminik ki, tezliklə Cənubi Qafqazda qalıcı bir sülh nail olacağıq".
Türkiyə lideri deyib ki, eyni ilə Türkiyə Suriyada sülhün və təhlükəsizliyin təmin olunması, bu ölkənin yenidən qurulması, Balkanlarda sülhün əldə edilməsi və s. coğrafiyalarda bu tipli fəaliyyətlərini davam etdirir.
Anar Əliyev