
"Tövsiyə edərdim ki, Ukrayna federativ dövlət quruluşuna keçsin. Çünki Ukraynanın şərq hissəsi Rusiyaya meyillidir. Hesab edirəm ki, Donetsk, Krım dövlət halında Ukrayna Federativ Respublikasında birləşsin".
Newscenter.az xəbər verir ki, bu fikirləri sabiq millət vəkili Cahangir Hüseynov bu günlərdə Ağ Evdə yaşanan Tramp-Zelenski gərginliyi, eləcə də Rusiya-Ukrayna münaqişəsinin mümkün həll variantından danışarkən səsləndirib. Cahangir Hüseynov deyib ki, sözügedən təklifi tərcümə etdirərək Ukraynanın dövlət başçısı Volodimir Zelenskiyə gödnərmək niyyədindədir:
"Ukrayna-Rusiya müharibəsinin əsas səbəbkarı Putin və ya Zelenski deyil. Burada əsas məqsəd keçmiş Rusiya imperiyasının ərazilərini bərpa etməkdir. Ancaq Putinin buna nail olacağına inanmıram".
Süleyman