Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zatulin erməni maraqlarına xidmət edən siyasətçidir

Zatulin erməni maraqlarına xidmət edən siyasətçidir


"Konstantin Zatulin bir qayda olaraq Ermənistanın maraqlarından çıxış edən, antiAzərbaycan mövqeyi ilə seçilən rusiyalı siyasətçi kimi tanınır. İkinci Qarabağ müharibəsində də Zatulin eyni mövqeyi ilə yadda qaldı. Ümumiyyətlə, Zatulin kimiləri hər zaman Azərbaycanı ikinci sort dövlət kimi görmək arzusunda olublar. Onların fəaliyyəti bir qayda olaraq Azərbaycana qarşı yönəlib".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı MDB Ölkələri İnstitutunun “Lazarev klubu” ilə birgə Moskvada təşkil etdiyi dəyirmi masada Azərbaycana qarşı səsləndirdiyi ittihamlara münasibət bildirərkən deyib:

"Zatulin öz ənənəsinə sadiq qalaraq sözügedən dəyirmi masada tarixi saxlaşadıraraq Azərbaycanın əleyhinə fikirlər söyləyib, yalan və böhtan kampaniyasını davam etdirib. Ən acınacaqlısı odur ki, bu şəxs açıq-aşkar separatizmə dəstək nümayiş etdirib. Qarabağ münaqişəsi zamanı Azərbaycan xalqına, azərbaycanlılara qarşı hərbi cinayətlər törətmiş erməni əsilli şəxslərin Bakıda keçirilən məhkəmə prosesi ilə bağlı əsassız fikirlər səsləndirib. Zatulin bir növ həmin cinayətkarların vəkili qismində çıxış edib".

Arzuman Muradlı qeyd edib ki, Zatulin kimi deputatların antiAzərbaycan fəaliyyəti həm də Rusiya-Azərbaycan münasibətlərinə zərbə vumağa hesablanlıb.

Süleyman
Xəbəri paylaş