Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb


Türkiyənin Naxçıvandakı Baş konsulu Əli Sevim vəzifəsinin icrasına başlayıb.

Newscenter.az xəbər verir ki, ​Türkiyənin Naxçıvandakı Baş Konsulluğuna təyin olunan Əli Sevim vəzifəsinin icrasına başlaması münasibətilə Türkiyənin Azərbaycandakı Səfiri Birol Akgünü ziyarət edib.

​Baş konsul Əli Sevim Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Protokol İdarəsinin rəisi Anar Nəcəflidən ekzekvaturanı (icazə sənədini) təhvil alıb.

Ə. Sevim, həmçinin Səfir Birol Akgün ilə birlikdə XİN-in Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi Gürsəl İsmayılzadə ilə görüşərək nəzakət ziyarəti gerçəkləşdirib.
Xəbəri paylaş