Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müəllimlərin əməkhaqqında staj, dərs yükü və sertifikasiya nəticələrinə görə fərqlər mövcuddur

Müəllimlərin əməkhaqqında staj, dərs yükü və sertifikasiya nəticələrinə görə fərqlər mövcuddur


Məktəblərin maliyyələşdirilməsində yeni mexanizmin, təbii ki, ciddi müsbət tərəfləri var. Amma düşünürəm ki, müəllim əməyinin qiymətləndirilməsində də daha bir yeniliyə ehtiyac var. İndi deyəcəyim, texniki baxımdan bir qədər mürəkkəb olsa da, bunu həyata keçirmək mümkündür.
Hazırda müəllimlərin əməkhaqqında staj, dərs yükü və sertifikasiya nəticələrinə görə fərqlər mövcuddur. Məncə, sinifdəki şagirdlərin sayı da nəzərə alınmalıdır. Çünki 10-15 şagirdə dərs deyən müəllimlə 35-40 şagirdə dərs deyən müəllimin iş yükü eyni deyil. Şagirdlərin sualları, valideynlərin tələbləri,, yoxlanılmalı KSQ və BSQ vərəqlərinin sayı və mənim bilmədiyim onlarla yazı-pozu işləri gündəlik daha çox vaxt və əmək tələb edir. Bu fərq müəllimin əməkhaqqında da öz əksini tapmalıdır.
Xəbəri paylaş