
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmaya da bilər. Sülh müqaviləsi şərtlərinin razılaşdırılması hələlik sülh müqaviləsi imzalanması demək deyildir. Azərbaycan dəfələrlə vurğulayıb ki, Ermənistan kostitusiya dəyişikliyinə getməlidir və məlum məsələlər konstitusiyadan çıxarılmalıdır. Bundan sonra imzalanacaq sülh müqaviləsinin hüquqi və siyasi aspektləri gələcək üçün öz reallığını saxlayacaq. Konstitusiya dəyişikliyinə kimi sülh müqaviləsi imzalamaq olmaz".
Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, məsələnin digər tərəfi ondan ibarətdir ki, Ermənistan konstitusiya dəyişikliyi üçün referenduma getdikdə erməni toplumu tələb edilən dəyişikliklərə müsbət cavab verməyə razı olmasın və bunların əksinə səs versin:
"Sorğularda buna ehtilmalın olduğu görünür. Onda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi tamamı ilə gündəlikdən çıxacaq.
Bu durumda tək Azərbaycan-Ermənistan arasında yox, regionda pat dövrü başlayacaq. Artıq heç bir danışığın hüquqi mahiyyəti qalmayacaq. Çünki danışıqlar mənasız olacaq, sadəcə danışıq xatirinə danışıq olacaq. Bu durum isə Azərbaycanı qane etməyəcək. Tək çıxış yolu Ermənistanın imzaladığı "9 noyabr" bəyannaməsinin şərtlərinin yerinə yetirilməsi üçün Azərbaycanın təzyiq yolu seçməsinə qalacaq".
Süleyman