
Ümumdünya Səhiyyə Təşkilatı hipertoniya ilə bağlı yeni hesabat dərc edib.
Newscenter.az ÜST-ə istinadən bildirir ki, 2024-cü ildə dünyada yüksək təzyiqdən əziyyət çəkənlərin sayı 1,4 milyard nəfərə çatıb. Lakin onların yalnız beşdə biri dərman vasitəsi və ya sağlam həyat tərzi yolu ilə təzyiqlərini idarə edə bilir. Bununla belə, hipertoniya insult, infarkt, böyrək xəstəliklərinin və qismən yaddaş itkisinin əsas səbəblərindən biridir. Təcili tədbirlər görülməsə, ildə milyonlarla insanın ölümünə səbəb ola bilər. Bundan əlavə, aşağı və orta gəlirli ölkələr ürək-damar xəstəlikləri səbəbindən 2011-ci ildən 2025-ci ilə qədər 3,7 trilyon dollar iqtisadi itkiyə məruz qalıb.
Hesabata görə, 195 ölkədən 99-da hipertoniya xəstələrinin nisbəti çox aşağıdır - 20 faizdən azdır. İqtisadi cəhətdən əlverişsiz ölkələrin yalnız 28 faizi ÜST-nin tövsiyə etdiyi dərmanlarla tam təmin olunub. Həmçinin Banqladeş, Filippin və Cənubi Koreyanın ötən dövrdəki təcrübəsi göstərdi ki, hipertoniyaya davamlı şəkildə nəzarət etmək mümkündür.
Mehman Mehdiyev