Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

44 günlük Vətən müharibəsinin Naxçıvan şəhidləri

44 günlük Vətən müharibəsinin Naxçıvan şəhidləri


Prezident İlham Əliyev və Azərbaycan xalqı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini daim uca tutmuşdurlar. Vətən müharibəsində Silahlı Qüvvələrimizin şəhid olan 2 min 783 nəfər hərbi qulluqçusunun içərisində Naxçıvandan olan şəhidlər xüsusi ilə fərqlənirlər. Belə ki, onlar Vətənin bütövlüyü, birliyi uğrunda canlarından keçərək əzəli və əbədi Azərbaycan torpaqları olan Qarabağı mənfur düşməndən azad etmişdirlər. Şanlı Vətən tariximizin haqq savaşçıları olan Naxçıvandan olan şəhidlərimiz ümummilli lider Heydər Əliyevin uzaqgörənlik və müdriklik siyasətini davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə ölkənin ərazi bütövlüyünün bərpası yolunda canlarından keçdilər.

Düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Azərbaycan Ordusu arsenalı ən müasir silah və hərbi texnika ilə gücləndirilmiş, hərbçiləri bilik və bacarıqları artırılmış şəkildə 44 günlük Vətən müharibəsində qələbə qazandı. 44 günlük Vətən müharibəsi başlamazdan əvvəl Azərbaycanın müdafiə sənayesi inkişaf etdirilmiş, ordunun daxili tələbatının böyük hissəsi daxili istehsal hesabına təmin olunmuş, Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal etməyə başlanmışdı. 44 günlük Vətən müharibəsindən əvvəlki müddətdə Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti Azadlıq meydanında dəfələrlə keçirilmiş hərbi paradlarda bütün dünyaya nümayiş etdirilmişdi və bu paradlarda Naxçıvandan olan hərbi qulluqçular xüsusi fərqlənmişdirlər. Azərbaycan xalqının 30 illik dövr ərzində işğalla barışmayaraq, ərazi bütövlüyünü bərpa etmək üçün göstərdiyi sarsılmaz əzmdə Naxçıvandan olan şəhidlərimizin rolu danılmazdır. Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən, formalaşan vətənpərvər gənclər Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını dönə-dönə sübut etmişdirlər və bu gənclərin içərisində Naxçıvandan olan şəhidlərimizin rolu əvəz olunmazdır.

Azərbaycanın çoxşaxəli, prinsipial, dürüst xarici siyasətinin yürüdülməsi, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə fəal işlərinin aparılması, sıx əlaqələrinin qurulması, həyata keçirilən regional enerji və kommunikasiya layihələrdə Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin güclü olması sayəsində ölkəmizin nüfuzu artmış, dünyada Azərbaycanın iradəsi həlledici amilə çevrilmişdir. Naxçıvandan olan şəhidlərimizin 44 günlük Vətən müharibəsindəki əvəz olunmaz rolu Azərbaycanın mütləq Qələbəsini tam şərtləndirdi və onun əldə edilməsində vacib amilə çevrildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı N.Paşinyanın bu bəyanatına “Qarabağ Azərbaycandır və nida işarəsi” deməsini Naxçıvandan olan şəhidlərimiz 44 günlük Vətən müharibəsində gerçəkləşdirdilər. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğaldan azad olunmasında, Ermənistanın təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyasına son qoyulmasında Naxçıvandan olan şəhidlərimizin rolu danılmazdır.

Azərbaycanın Naxçıvan eli nəinki 44 günlük Vətən müharibəsində həm də 2016-cı ilin Aprel döyüşlərindən, 2020-ci ilin İyul döyüşlərində çok fəal iştirak etmişdirlər. Naxçıvandan olan hərbiçilər 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlaması nəticəsində Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatlarına qoşularaq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dəmir Yumruq” adlı devizi altında birləşmişdirlər. Naxçıvandan olan hərbiçilər 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi sıx birləşib, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdilər. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində mühüm xidmətlər göstərən Naxçıvandan olan hərbiçilərin müəyyən bir qismi Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! deyərək qəhrəmanlıqla şəhid oldular.

Naxçıvandan olan hərbiçilərin əzmkarlığı Azərbaycan xalqını dünyaya birdaha qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təqdim etdi.2020-ci il noyabrın 8-nin Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər günü kimi yazılmasında Naxçıvandan olan şəhidlərimizin rolu danılmazdır. Onlar Şuşa şəhərinin işğaldan azad olunmasında xüsusi fəalllıq göstərmişdilər. 44 günlük Vətən müharibəsində Naxçıvan eli Quliyev Şahmar, Həsənov Sadiq, Cəmiyev Aşur, Əlizadə Fuad, Hüseynov Raqib, Məmmədov Sahil, Vəliyev İsmayıl, Zeynalov Elnur, Ələkbərov Bağır, Eyvazov İslam, İbrahimov İbrahim, İbrahimov Seymur, Qurbanov Xansu, Məmmədov Araz, Məmmədzadə Pərviz, Babayev Rahib, Quliyev Vəli, Seyidov Nihat, Orucəliyev Qabil, Əsgərov Ələsgər, Balabəyli Elcan, Rəcəbov Vaqif, Qasımov İbrahim və s. kimi igid oğullarını şəhid vermişdir. 44 günlük Vətən müharibəsində Naxçıvandan olan şəhid Hüseynov Raqib Adil oğlu xüsusi şücaət göstərmişdir. O, 28.06.1993-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu Mərəlik kəndində sadə, azərbaycanlı ailəsində anadan olmuşdur. Hüseynov Raqib Adil oğlu Mərəlik kənd tam orta məktəbinin birinci sinifə qəbul olur və 4 il burada təhsil aldıqdan sonra ailəsi ilə birlikdə Naxçıvan şəhərinə köçür. 2003-2005-ci illərdə idmanın karate növü ilə məşğul olur, 2 kəmər qazanır. O, 2005-ci ildə H.Əliyev  adına tam orta məktəbə daxil olur və burada təhsilini davam etdirir. Hərbiyə olan həvəsi nəticəsində o, 2009-cı ildə H.Əliyev adına hərbi liseyə qəbul olur və 2011-ci ildə buranı əla qiymətlərlə başa vuraraq H.Əliyev adına Ali Hərbi Məktəbə daxil olaraq, hərbiyə və hərbçiyə aid olan  bütün sirrlərə bələd olur. Hüseynov Raqib Adil oğlu 2015-cı ildə leytenant kimi Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə bölük komandiri vəzifəsində xidmətə başlayır. 2017-ci ildə Tərtər rayonunda yerləşən hərbi hissələrin birinə ezam olunur. Qısa muddət ərzində yaxsı xidmətlərinə görə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən bölük komandiri kursuna göndərilmiş və həmin kursu müvəffəqiyyətlə bitirdikdən sonra bölük komandiri vəzifəsinə təyin edilmiş və bir müddət sonra qərargah rəisinin müavini vəzifəsində xidmətini davam etdirərək, 2019-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində taborun qərərgah rəisi, tabor komandirinin 1-ci müavini vəzifəsi kursunu keçmişdir.

Hüseynov Raqib Adil oğlu 2020- ci il Sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsində bir hərbiçi kimi qatılaraq ağır döyüşlərdə qəhrəmanlıqla vuruşmuşdur. O, 29 Sentyabr 2020-ci il tarixində Tərtər rayonu Talış kəndi istiqamətində gedən ağır döyüşlərdə qolundan, başından güllə yarası alaraq ən ali məqama şəhidlik zirvəsinə ucalmışdır. Raqib  Hüseynovun Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin müdafiə xəttinin yarılmasında çox böyük xidmətləri olmuşdur. Şəhid 1 oktyabr Naxçıvan şəhər el qəbirstanlığında şəhər icra hakimiyyətinin nümayəndələrinin, döyüşçü yoldaşlarının, minlərlə şəhər sakininin, ailə üzvülərinin iştirakı ilə torpağa tapşırılmışdır. Baş leytenant Raqib Hüseynov xidməti dövründə bir sıra fəxri diplomlarla, fərmanlarla, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin yaradılmasının 100 illiyi" medalı medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Baş leytenant Hüseynov Raqib Adil oğlunu ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif etmişdir.

Raqibin böyüyüb boya-başa çatdığı evin bir otağı onun şəxsi əşyalarından, hərbi geyimlərdən ibarət olan ev muzeyidir. Hüseynov Raqib Adil oğlunun bu cür tərbiyədə, vətəninə, xalqına sevgisinin yüksək olmasında onun anası Rəna ananın çox böyük, əvəzolunmaz rolu vardır. Onun oğlu Raqib haqqında dedikləri hər bir azərbaycanlının qəlbindədir. "Oğlumla hələ uşaqlığından fəxr edirdim. 5 yaşında olarkən mənə bir hərbi forma aldırmışdı, ən sevimli geyimi idi. İşini çox sevirdi, hərbidə zabit olaraq xidmətindən qürurlu idi. Arzuları çox idi, hər zaman söhbət edərkən şahidi olurdum ki, general olmaq arzusundadır. Bir sözlə özünü tapmışdı bu peşədə. Əsgərindən öndə gedirdi. Əsgərləri evimizin qonağı olarkən Raqib haqqında çox gözəl sözlər, xatirələr danışdılar. “Komandirimiz gözəl qəlbli insan idi, həmdə həsas idi. Hər birimizə böyük qardaş, ata qayğısı göstərirdi. Onun haqqı ödənilməz!" dedilər. Ən unudulmayan xatirə o oldu ki, Raqib bir-bir əsgərlərinin üstünü örtüb çıxarmış"

Nəsibə Murtuzayeva
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
Xəbəri paylaş