Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin “Gənclik Düşərgəsi Modeli” Azərbaycanda tətbiq olunacaq

Türkiyənin “Gənclik Düşərgəsi Modeli” Azərbaycanda tətbiq olunacaq


Türkiyənin “Gənclik Düşərgəsi Modeli” Azərbaycanda tətbiq olunacaq.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, sözügedən modelinin Azərbaycanda tətbiqi ilə bağlı başlanan layihə çərçivəsində Gənclər və İdman Nazirliyinin mütəxəssisləri azərbaycanlı gənclərə təlim keçib.

Təlim-məşq prosesi Azərbaycanın Quba şəhərində başlayan birinci mərhələ, Türkiyənin Bursa şəhərində davam edən ikinci mərhələ ilə tamamlanıb.

Hər iki mərhələdə gənclər liderliyi və komanda ruhunu inkişaf etdirən fəaliyyətlərlə məşğul olublar.

Bu modelə görüş, sosiallaşma, ünsiyyət və komanda işinə yönəlmiş fəaliyyətlər, həmçinin oyuna əsaslanan öyrənmə, fəaliyyət dizaynı, böhran və münaqişələrin idarə edilməsi, empatiya və liderlik üzrə sessiyalar daxildir. Bundan əlavə, xalq oyunları, əl işləri, musiqi, oxatma kimi sahələrdə keçirilən seminarlar vasitəsilə gənclər həm mədəni, həm də idman təcrübələri ilə təmin olunurlar.

Mehman Mehdiyev
Xəbəri paylaş