Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan atom elektrik stansiyası şəhərciyi tikəcək

Özbəkistan atom elektrik stansiyası şəhərciyi tikəcək


Özbəkistan kiçik tutumlu atom elektrik stansiyasının (AES) tikintisi çərçivəsində atom elektrik stansiyası şəhərciyini tikəcək.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə “Uzatom”un direktoru Əzim Əhmədxadcayev bildirib.

O qeyd edib ki, layihə mərhələlərinə 14 minə qədər mütəxəssis cəlb olunacaq, onlardan minə yaxın yüksək ixtisaslı kadr kiçik gücə malik AES-in fasiləsiz istismarına cavabdeh olacaq:

"Ona görə də bu qədər insan kapitalı üçün rahat yaşayış və iş şəraitinin yaradılması zərurəti xüsusi infrastruktur mərkəzinin - Atom Elektrik Stansiyasının şəhərciyinin tikintisini tələb edir".

Layihə çərçivəsində ümumi gücü 330 MVt olan 6 reaktorun quraşdırılacağı bildirilir. Məlumata görə, tikinti üzrə ixrac müqaviləsi 2024-cü ilin mayında imzalanıb ki, bu, Özbəkistan tarixində ilk və beynəlxalq miqyasda unikal müqavilədir. Baş podratçı qismində Rosatom iştirak edəcək və yerli tikinti şirkətləri də prosesə cəlb olunacaq.

Süleyman
Xəbəri paylaş