Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda "Boeing-707" təyyarəsi qəzaya uğrayıb, ölənlər var

İranda "Boeing-707" təyyarəsi qəzaya uğrayıb, ölənlər var


Newscenter.az.14.01.2019. randa “Boeing-707” tipli hərbi yük təyyarəsi qəzaya uğrayıb. “Report” TASS-a istinadən xəbər verir ki, hadisə yanvarın 14-də ölkə paytaxtı Tehran yaxınlığında yerləşən Kərəc şəhərinin Zibadəşt rayonu ərazisində baş verib.

Qəzaya uğrayan “Boeng-707” tipli yük təyyarəsinin düşdüyü ərazidən 7 nəfərin meyiti tapılıb.

Təyyarənin göyərtəsində 16 nəfər olub.

Həmin şəxslərin hansı ölkə vətəndaşı olduqları və kimlikləri hələlik məlum deyil. Onlardan yalnız bir nəfər - təyyarənin bort-mühəndisi sağ xilas edilib.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

İranın Müdafiə Nazirliyindən bildirilib ki, qəzaya uğrayan hərbi yük təyyarəsi İran ordusuna məxsus olub
Xəbəri paylaş