Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsmayıllı Regional Mədəniyyət İdarəsi fəaliyyətini pandemiya dövründə də davam etdirir



Newscenter.az.7.05.2020. İsmayıllı Regional Mədəniyyət İdarəsi pandemiya dövründə də fəaliyyətini davam etdirib. Bunu Newscenter.az-a İsmayıllı Regional Mədəniyyət İdarəsi rəisi Elnur Hüseynov deyib.

Elnur Hüseynov bildirib ki, ölkəmizdə koronavirus pandemiyası səbəbindən tətbiq olunan xüsusi karantin rejimi günlərində tabe rayonların mədəniyyət müəssisələri terefinden vətəndaşlara onlayn mədəni xidmətlər göstərib:

“Musiqi məktəblərində onlayn dərslər, konsertlər keçirilib. Tabe rayonlarda yerləşən muzeylər, kitabxanalar, medeniyyet merkezleri terefinden mədəniyyət servetletimizi təbliğ edən video-çarxlar hazırlanıb. Eləcə də aztəminatlı və 65 yaşdan yuxarı tənha, ahıl insanlara idarə tərəfindən yardımlar edilib”.

“Xüsusi karantin rejimi müddətində idarə terefinden onlayn müşavirələr, görüşlər təşkil olunub, muessiselere tapşırıqlar verilib və görülən işlər müzakirə olunub” – deyən Elnur Hüseynov əlavə edib ki, sosial şəbəkələr üzərində fəaliyyət daha da genişdir.
Xəbəri paylaş