Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan ilk dəfə olaraq XXIV “Global Village” (Dubay) beynəlxalq yarmarkasında təmsil olunub



Newscenter.az.8.08.2020. Azərbaycan ilk dəfə olaraq XXIV “Global Village” (Dubay) beynəlxalq yarmarkasında təmisl olunub.

Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumat verən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi Universitetinin müəllimi, soydaşımız Şəhrizad Süleyman deyib ki, Azərbaycanın ilk dəfə olaraq XXIV “Global Village” (Dubay) beynəlxalq yarmarkasında təmisl olunması ölkəmizin Birləşmiş Ərəb Əmirliklərində tanıtımı baxımından mühüm əhəmiyyətə malikdir:

"Müxtəlif ölkələri təmsil edən “Global Village” pavilyonları iştirakçı ölkənin mədəni xüsusiyyətlərini və milli rəngarəngliyini özündə əks etdirən bənzərsiz üslubda quraşdırılır.

Qeyd edim ki, “Global Village” BƏƏ-də hər il 1,6 milyon kvadratmetr ərazidə yerləşən “Dubailand” əyləncə parkında təşkil olunan beynəlxalq və çox genişmiqyaslı yarmarkadır. Keçirildiyi müddətdə yarmarka bölgədəki turizm, istirahət, əyləncə və alış-veriş mərkəzinə çevrilir".

Anar
Xəbəri paylaş