
Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliyində tanınmış azərbaycanlı ekspertlərlə növbəti ənənəvi görüş keçirilib.
Newscenter.az xəbər verir ki, bu barədə Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel məlumat verib. Bildirilib ki, görüşdə Qazaxıstan-Azərbaycan münasibətlərinin mövcud vəziyyəti dəyərləndirilib, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı xüsusilə regional məsələlər, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın gələcəyi müzakirə edilib.
Görüş zamanı səfir Alim Bayel qardaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib, qələbələrin, biriliyimizin daimi olmasını arzulayıb.

Süleyman












































