
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb.
Newscenter.az xəbər verir ki, onu həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezidentin Kommunikasiya direktoru Burhanəddin Duran, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə Baş müşaviri Akif Çağatay Kılıç, AK Partiyasının sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbəri Kürşad Zorlu və Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım müşayiət edib. Səfər zamanı Ərdoğan həmkarı İlham Əliyevlə də görüşəcək. Görüşdə ikitərəfli münasibətlər və iki ölkə arasında əməkdaşlıq sahələri dəyərləndiriləcək, əməkdaşlıq sahələrinin daha da dərinləşdirilməsi məsələsi müzakirə olunacaq. Ərdoğan-Əliyev görüşü zamanı regional və qlobal məsələlər də gündəmdə olacaq.
Prezident Ərdoğanı Atatürk Hava Limanında vitse-prezident Cevdet Yılmaz, İstanbul valisi Davud Gül və AK Partiyanın İstanbul Vilayət sədri Abdullah Özdemir yola salıblar. Prezident Ərdoğan Zəfər Günü ilə bağlı paradda Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə iştirak edəcək.
Süleyman












































