Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİİ Himayəçilər Şurasının tərkibi təsdiq edilib

Aİİ Himayəçilər Şurasının tərkibi təsdiq edilib


Newscenter.az.27.12.2018. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Himayəçilər Şurasıyaradılıb və 7 nəfərdən ibarət tərkibi formalaşıb. Təhsil ocağından Newscenter.az-a bildirilib ki, Şuranın tərkibinə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev, AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov daxil ediliblər.

27 dekabr 2018-ci il tarixdə Himayəçilər Şurasının ilk iclası keçirilib və təşkilati məsələlər müzakirə olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şuranınsədriseçilib.

Məlumat üçün bildiririk ki, Himayəçilər Şurasının səlahiyyətlərinə Azərbaycan İlahiyyat İnstitutunun strateji inkişaf proqramını təsdiq etmək;İnstitutun fəaliyyət istiqamətlərinə nəzarət etmək;elm-təhsil-innovasiya mərkəzi kimi inkişaf etməsinə;fundamental, nəzəri-metodoloji, pedaqoji-metodik və tətbiqi elmi layihələrinin həyata keçirilməsinə; beynəlxalq əlaqələrinin qurulmasına;Aİİ məzunlarının işlə təmin olunmasına dəstək vermək kimi məsələlər daxildir
Xəbəri paylaş