Newscenter.az.4.01.2018. Paytaxt məktəblərində ümumi orta təhsil səviyyəsində keyfiyyətin qiymətləndirilməsi ilə bağlı təhsil işçiləri üçün ixtisasartırma təlimləri təşkil olunub. Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Bakının 12 inzibati rayonu üzrə keçirilən təlimlərdə fənn müəllimləri, direktor müavinləri və məktəb psixoloqları daxil olmaqla 500 nəfər iştirak edib.
Təhsil Nazirliyi və “Mədəd Azərbaycan” təşkilatı tərəfindən təşkil olunmuş təlimlər 60 saatlıq proqramı əhatə edib.
Təlimlər zamanı iştirakçılar fənlərin tədrisində və məktəbdaxili qiymətləndirmənin təşkilində müasir metodiki yanaşmalarla tanış olub, şagirdlərə mücərrəd anlayışların əyani vasitələrlə göstərilməsi üçün tətbiq olunan yeni metodiki qaydalar nəzərdən keçirilib.
Şagirdlərdə oxuyub-anlama, dinləyib-anlama, yazı, riyazi bacarıqların inkişaf etdirilməsi, məktəb mühitinin səmərəliliyinin artırılması, təlim motivasiyasının yaradılması, təhsil müəssisələrində psixoloji xidmətin əsas istiqamətləri, məktəblilərdə fiziki sağlamlığın qorunması və reabilitasiyası kimi mövzular ətrafında müzakirələr aparılıb.
R.Mehdiyeva