Avropa İttifaqı yanvarda Rusiyaya qarşı ABŞ sanksiyalarının sonuncu blokuna bənzər yeni maliyyə məhdudiyyətlərini özündə əks etdirən 16-cı sanksiyalar paketi üzrə müzakirələrə başlamaq niyyətindədir.
Newscenter.az Röyters-ə istinadən xəbər verir ki, 16-cı paketin hazırlanması Aİ Şurasına sədrliyin Macarıstandan Polşaya keçəcəyi yanvarın 1-dən sonra başlamalıdır. Bu paketə həmçinin Rusiyanın LNG-yə qarşı məhdudiyyətlər və üçüncü ölkələr üçün bir sıra Avropa istehsalı olan malların Rusiyaya təkrar ixracına qadağaların tətbiqi də daxil edilməlidir.
Sanksiyalar fevralın 24-dən qüvvəyə minəcək.
Anar Əliyev