Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan bir yox, bir neçə cəbhədə diplomatik savaş aparır

Azərbaycan bir yox, bir neçə cəbhədə diplomatik savaş aparır


Ermənistanın silahlandırılaraq Azərbaycanla növbəti müharibəyə sövq etmək istəyən ölkələrin sayı artmaqdadır. İkinci Qarabağ Müharibəsindən sonra Ermənistan ordusunun komplektləşdirilməsində Fransa, Hindistan, İran və ABŞ kimi ölkələrin adı daha çox qeyd olunurdusa, bu gün daha bir ölkənin yanaşması diqqətimi çəkdi.
Yunanıstanın silahlanmasındakı S 300 HHM sistemlərinin Ermənistana veriləcəyi xəbəri yayıldı.
Əslində bu mənim üçün təəccüblü bir yanaşma olmadı.
Çünki, rəsmi Afina 44 günlük Vətən Müharibəsi zamanı Ermənistanı müdafiə edən ölkələrdən biri idi və onların parlamentində İrəvana hərbi dəstək çağırışları tez-tez gündəmə gətirilir.
Yəni, bütün milliyətçi yunanlar ermənilərlə özlərini eyni məqsədə" türklərlə mübarizə" xidmət etdiklərini düşünürülər.
Bu məsələnin bir tərəfi.
Digər məqam isə Yunanıstan bir NATO ölkəsidir və alyansa üzv dövlətlərin ordularında Rusiya istehsalı silahların istifadə olunması o qədər də xoş qarşılanmır. Düzdür bu zamana qədər Yunanıstana bununla bağlı hər hansı bir ciddi təzyiq olmayıb. Lakin Türkiyə S 400 məsələsi fonunda bu nüansı xüsusi olaraq qabardır və başda ABŞ olmaqla alyansın digər aparıcı dövlətlərini ikili standartlar tətbiq etməkdə ittiham edir. Hesab edirəm ki, Afina məlum qərarla həm Ankaranın təzyiqlərini neytrallaşdırmaq istəyir, həm də bu addıma görə Fransa və ABŞ-dan müəyyən jestlər gözləyir. Sözsüz ki, bu qərarın ardında Afinadan fərqli simalar da mövcuddur.
Bütün bunlar dünyada baş verən geosiyasi mübarizənin Cənubi Qafqaza sirayət etməsini istəyən güclərin maraqlarının ifadəsidir. Bu bir daha onu təsdiq edir ki, Azərbaycan bir yox, bir neçə cəbhədə diplomatik savaş aparır.
Pərviz Mirizadə: AVP funksioneri, siyasi şərhçi
Xəbəri paylaş