Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağstafada yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur

Ağstafada yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur


Newscenter.az.23.01.2019.
Ağstafa rayonunda yerli əhəmiyyətli Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Avtomobil Yolları Dövlət Agentliyindən Newscenter.az-a bildirilib ki, 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun uzunluğu 9.3 km təşkil edir. Layihəyə uyğun olaraq yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılır, təqribən 22 min kub.m həcmdə karxana qruntu ilə əks-dolğu işləri görülərək, kipləşdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılan yenidənqurma işlərinin sonuncu mərhələsi çərçivəsində yol boyu 3 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün 46 yol nişanı, 18 km göstəricisi və 380 siqnal dirəyi quraşdırılacaq, 28 km uzunluöunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək. Yerli əhəmiyyətli Ağstafa Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidən qurulması ilə yol boyu nəqliyyat əlaqəsi xeyli rahatlaşacaq,
vətəndaşların istər Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yoluna, istərsə də respublika əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə sözügedən ərazidə yük və sərnişin daşıması asanlaşmaqla yanaşı, kənd təsərrüfatının daha da inkişafı hədəflənir.
Xəbəri paylaş