Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Meliorasiya və su təsərrüfatı sahəsində Peyk təsvirlərindən istifadə imkanlarına dair müzakirələr aparılıb

Meliorasiya və su təsərrüfatı sahəsində Peyk təsvirlərindən istifadə imkanlarına dair müzakirələr aparılıb


Newscenter.az.25.01.2019. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişakına dair 2019-2022-ci illər üçün Dövlət proqramı”nın təsdiq edilməsi haqqında məlum Sərəncamının icrası çərçivəsində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib.

Səhmdar Cəmiyyətin təmsilçisi Dilqəm Şərifov Newscenter.az-a bildirib ki, görüşdə Cənab Prezidentin imzaladığı sərəncamın önəmi xüsusi vurğulanıb. Meliorasiya və su təsərrüfatı sahəsində Peyk təsvirlərindən istifadə imkanlarına dair müzakirələr aparılıb.

Peyk təsvirindən istifadənin meliorasiya və su təsərrüfatı sahəsinin inkişafında, xüsusilə elmi-tədqiqat, layihə-axtarış və su təsərrüfatı obyektlərinin monitorinqi kimi işlərdə mühüm əhəmiyyətə malik olduğu qeyd edilib.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında mütəmadi əməkdaşlığın davam etdiriləcəyi bildirilib.
Orxan
Xəbəri paylaş