Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Foto Kadr 2018” adlı təqdimat mərasimi keçiriləcək

“Foto Kadr 2018” adlı təqdimat mərasimi keçiriləcək


Newscenter.az.29.01.2019. Yanvarın 30-da Azərbaycan Milli Olimpiya Komitəsinin inzibati binasının Akt zalında “Gilavar” Azərbaycan Foto Klubunun təşkilatçılığı ilə “Foto Kadr 2018” adlı təqdimat mərasimi keçiriləcək. Newscenter.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən bildirilib ki, tədbirdə 2018-ci il ərzində foto sənətinin inkişafı istiqamətində görülən işlər, eləcə də Azərbaycanda keçirilən beynəlxalq foto müsabiqələr barədə ətraflı məlumat veriləcək.

Tədbir çərçivəsində azərbaycanlı fotoqrafların 2018-ci ildə əldə etdiyi beynəlxalq nailiyyətlətlərə görə mükafatlandırma mərasimi keçiriləcək.

Tədbirdə rəsmi şəxslər, millət vəkilləri, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı gözlənilir.
Xəbəri paylaş