Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəlilabadda mebel fabrikində kütləvi zəhərlənmə olub

Cəlilabadda mebel fabrikində kütləvi zəhərlənmə olub


Newscenter.az.31.01.2019. Cəlilabad rayonunda mebel fabriklərində kütləvi zəhərlənmə olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonda yerləşən "Woodpecker" mebel fabrikində qeydə alınıb.

İlkin məlumata görə, zəhərlənmə əşyaların düzəldilməsi üçün istifadə olunan xüsusi kleylərdən baş verib. Hadisə nəticəsində 5 nəfər xəstəxanaya çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş