Newscenter.az.25.07.2019. Lənkəran rayonunda Şovu kəndi ərazisində yol tikinti işləri aparılarkən diametri 163 mm olan qaz xətti zədələnib.
“Azəriqaz” İstehsalat Birliyindən Newscenter.az-a daxil olan məlumata görə, nəticədə Şovu, Təngivan, Siyablı kəndlərinin ümumilikdə 350-yə yaxın abonentinin təmir işləri bitənədək qaz təminatı dayandırılıb.