Newscenter.az.29.09.2019. Ümummilli lider Heydər Əliyev 1992-ci il sentyabrın 29-da sovet ordusunun hərbi birləşmələrinin Naxşıvanı tərk etməsinə və bütün hərbi texnikanın, əmlakın Azərbaycana təhvil verilməsinə nail olmuşdur
Azərbaycan ərazisindən sovet əsgərinin çıxarılması və hərbi texnikasının bütün komponentlərinin Azərbaycan Silahlı Qüvvələrinin tam tabeçiliyinə verilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən sonra ilk qərarlarından biri müstəqil Azərbaycanın Milli Ordu quruculuğunun yaradılması ilə bağlı olmuşdur. Heydər Əliyev Naxçıvan Ali Məclisinin Sədri seçildikdən cəmi dörd gün sonra, 1991-ci ilin sentyabrın 7-də Dövlət Müdafiə Komitəsinin yaradılması barədə qərar qəbul etdi ki, bununla da Azərbaycanda vahid komandanlığa tabe olan ilk Milli Ordunun əsası qoyuldu.
Ulu öndərin Rusiya Sərhəd Qoşunları Baş Komandanlığı və Zaqafqaziya Sərhəd Qoşunları Dairəsinin rəhbərliyi ilə aparılan danışıqların nəticəsi olaraq 1992-ci il sentyabrın 29-da 41-ci Sərhəd dəstəsi ləğv olundu, onun bütün hərbi və təsərrüfat əmlakı Naxçıvanda yeni yaradılmış birinci Sərhəd Dəstəsinin sərəncamına verildi. 215 kilometrlik sərhəd ərazisi ilk dəfə olaraq milli Sərhəd Qoşunları tərəfindən mühafizəyə qəbul edildi.
Beləliklə, Heydər Əliyevin qəyiyyəti, fədakarlığı və uzaqgörənliyi sayəsində ilk dəfə olaraq sovet ordusunun hərbi birləşmələri Azərbaycan Respublikasının ərazisini Naxşıvanda tərk etdi. Sovet ordusunun silah-sursatı, hərbi texnikası Azərbaycan Ordusuna təhvil verildi. Ümummilli lider Heydər Əliyev bununla bağlı deyirdi ki, Naxçıvanın qonşu İran və Türkiyə ilə sərhədləri on illər boyu rus qoşunları tərəfindən qorunub. “Biz keçmiş Sovetlər İttifaqının,sonra isə Rusiyanın burada yerləşən 41-ci Sərhəd qoşunları hissəsinin buradan tamamilə çıxıb getməsinə nail olduq və Azərbaycanda ilk dəfə olaraq milli sərhəd qoşunlarının birinci dəstəsi yaradıldı... Bütün bunlar tarixi hadisələrdir və nəinki bugünkü, həmçinin gələcək nəsillər tərəfindən layiqincə qiymətləndiriləcəkdir”.
Ümummilli liderin Milli Ordu quruculuğu sahəsində apardığı möhtəşəm strategiya Naxçıvandan başlamaqla Azərbaycanın bütün silahlı birləşmələrini əhatə etdi. 1993-cü ildə ölkəyə rəhbərlik edən Heydər Əliyevin dağınıq və pərakəndə vəziyyətində olan Silahlı Qüvvələrimizin birləşdirilməsi, vahid idarəçilyin təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi istiqamətində attdığı addımlar güclü Azərbaycan Ordusunun yaranmasına səbəb oldu. Beləliklə, 1992-ci ildə Naxçıvanda təməli qoyulmuş müstəqil və vahid nizamlı Azərbaycan Ordusu ötən illərdə qüdrətlənərək öz gücünü və möhtəşəmliyini daha da artırıb. Bu gün doğma torpaqlarımızı işğalçı Ermənistandan azad etməyə layiq güclü yenilməz Milli Ordumuz Ali Baş Komandanımızın əmrində bütün tapşırıqları ən yüksək səviyyədə yerinə yetirməyə qadirdir.
Vaqif Abdullayev, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü